`Obamacare` ləğv olunacaq


20:02     14 Yanvar 2017 OBAMACARE_infonetvn1.jpg

ABŞ Konqresinin Nümayəndələr Palatası Barak Obamanın səhiyyə islahatı olan "Obamacare"-in ləğvi üzrə prosesin başlanmasının lehinə səs verib.


Femida.az-a istinadən xəbər verir ki, qərarın lehinə 227, əleyhinə isə - 197 səs verilib.

Bir gün əvvəl ABŞ Senatı səhiyyə islahatının ləğvinə dair qərar qəbul edib.

Yanvarın 4-də ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens bəyan edib ki, Donald Trampın prezident vəzifəsində atacağı ilk addım "Obamacare" kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq. Donald Tramp Obamanın islahatlından imtina edərək daha az xərc tələb edən səhiyyə sistemi qurmaq niyyətindədir. Barak Obamanın mətbuat katibi Coş Ernest isə bildirib ki, islahatın ləğvi ölkədə xaos yaradacaq.

Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.

Açar sözlər:

Oxunub: 991


Oxşar xəbərlər